Elm təməlli şirkətlərin 8 məhsulu ilin məhsulu adını qazandı
Pərdis elm və texnologiya parkının ticariləşmiş məhsullarının təqdimatı keçirilib. Pərdis elm təməlli şirkətlərin ticariləşmiş yüz məhsulu arasında 8 məhsul ilin seçilmiş məhsulu adını qazanıb.
Pərdis elm və texnologiya parkı və ticariləşmiş ən yaxşı məhsulların elan olunması bu parkın illik 14-cü iclasında baş tutdu.
Pərdis Elm və Texnologiya Parkının rəhbəri Mehdi Səffariniya deyib: Məhsullar lazımi keyfiyyət və təsdiqlərə malikdir. İlk öncə bazarlara sınaq olaraq təqdim olunmuş və onlar üçün müştərinin təsdiqi alınmışdır.
İltihab əleyhinə təsirləri olan Nevrotek dərmanı kimi məhsullar diabetdən əziyyət çəkən xəstələr üçün istifadə olunur. Və Dalfirab dərmanı MS xəstəliyindən əziyyət çəkənlər üçündür.
Nano-Həyat Daru elm təməlli şirkətin icra direktoru Behzad Təqipur bildirib: Dalfirab dərmanı istehsal olunan zamana qədər, bu dərman yalnız Amerikanın bir şirkəti tərəfindən ölkəyə idxal olunurdu. Xoşbəxtlikdən Nano-Həyat Daru şirkəti tərəfindən bu dərmanın istehsalı və bazara çıxarılmasından sonra, biz bazar ehtiyacının 90%-ni təmin edə bilmişik.
Mayelərin dinamik təmasları cəhətlərinin ölçülərini götürən Tensiometr avadanlığı xarici oxşarı ilə müqayisədə beşdə bir qiyməti ilə İranda istehsal olunmuşdur.
Nano-metri Proje elm təməlli şirkətin direktoru Məhəmməd Mehdi Əkbərnejadın sözlərinə görə, rəngləmə, cövhər və yapışqanların istehsalı sənayesi, kimyəvi maddələrin istehsalı sənayesi, hər bir avadanlığın qiyməti, təxminən, 50 min dollar ola bilər. Bunun özü ölkəyə valyuta gətirir.
Elm təməlli şirkətlərin məhsulları üçün bazarın yaradılması da Prezidentin elm və texnologiya müavinliyində izlənilməkdə olan məsələlərdəndir.
Prezidentin elm və texnologiya məsələləri üzrə müavini Sorena Səttari deyib: Elm və texnologiya parkları ticariləşmə sahəsində əsas halqalardan biridir. Şirkətlərin sayı artmışdır. Məhsullarının satışı artan xətt üzrədir. Bu, elm təməlli məhsulların xüsusiyyəti və özünəməxsusluğudur. Bizim fövqəladə potensialımız vardır.
Pərdis elm və texnologiya parkının üzvlərinin 2015-ci ildə universitetlərlə 300-dən artıq əməkdaşlıq projesi olmuşdur.
Pərdis elm və texnologiya parkında yerləşən elm təməlli şirkətlər 2015-ci ildə öz texnoloji məhsullarını satışa çıxarmaqla 350 trilyon rialdan çox gəlir əldə edə bilmişlər.