"İran Kanekt-2016" konfransı
"İran Kanekt-2016" bir konfransdır ki, İranın rabitə və texnologiya fəalları və xarici şirkətlərin nümayəndələrinin iştirakı ilə İran bazarına daxilolma və İrana qarşı sanksiyalar sisteminin pozulması tərzi, hərçənd qazanc yollarını araşdırır.
İranın rabitə hövzəsi vücudunun imkanları indi dünyanın iri şirkətlərinin baş müdirlərini İrana çəkib gətiribdir. Bu iştirak hazırda "İran kanekt" iclası formasında bu sahədə yeni zəminlər yaradıbdır.
Stefan Pileri, İtaliyadan olan baş müdir: İranlı şəriklərin həmkarlığı ilə İranda investisiyaya maraqlıyıq. Zənnimcə, infrastruktur imkanlar İran bazarı üçün arxayın gələcək yaradıbdır.
Qan Terziqlu, Türkiyədən olan baş müdir: İran regionda özünəməxsus bir yerə malikdir ki, regional rabitələrdə özəl rol oynaya bilər.
Ölkəmizdə rabitənin inkişafı qarşıdakı on ildə 15 milyon avroluq daxili və xarici investisiya tələb edir. Bu məsələ hazırda əvvəlkindən daha çox diqqət mərkəzindədir.
Mahmud Vaizi_ İranın rabitə naziri: Köçürmə və dalğa genişliyi baxımından İranda malik olduğumuz imkanların mübadilə edilməsi və investisiya üçün müxtəlif ölkələrlə həmkarlıq zəmini mövcuddur. Buna görə, yaxşı olardı ki, öncə bunlar İranın geniş imkanlarına görə dəyişsin. İkincisi, böyük iranlı şirkətləri tanısınlar.
Rabitə infrastrukturlarının genişlənməsi əlbəttə, İran üçün də bir çox mənafe gətirəcəkdir.
Həmin məsələ İranın rabitə mərkəzinə çevrilməsi və regional informasiya mübadiləsi üçün yeni üfüqlər açıbdır. Mütəxəssis insan qüvvəsi, özünəməxsus coğrafi mövqe və iqtisadi məziyyətlər İran bazarına beynəlxalq diqqətin dəlilidir ki, bu diqqət İranın rabitə sahəsində dəyişiklik yarada bilər.