Salehi: Nüvə sənayesi İran və Rusiya arasında strateji simvoldur
İranın Atom Enerjisi Təşkilatının sədri deyib: Nüvə sənayesi İran islam Respublikası ilə Rusiya Federasiyası arasında bir strateji simvola çevrilib.
İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bu gün Buşehr Atom Elektrik Stansiyasının 2 və 3-cü stansiyalarının təməlqoyma mərasiminin kənarında keçirdiyi mətbuat konfransında Əhatəli Müştərək Təşəbbüs Proqramını İranda yeni nüvə stansiyalarının inşasına şərait yaradan adlandırıb və Buşehr Atom Elektrik Stansiyasının birinci bölməsinin idarə olunmasının tam şəkildə iranlı mütəxəssislərə tapşırılmasından xəbər verib.
O bildirib: İran hökuməti konstruktiv anlaşma ilə Nəzarət çərçivəsində və Nüvə Silahlarının Yayılmamasına dair Sazişə uyğun olaraq sülhməramlı nüvə enerjisinin faydalarından istifadəni genişləndirmək üçün yaxşı şərait yaratmışdır.
İranın Atom Enerjisi Təşkilatının sədri İranda birgə yanacaq və davamlı izotopların istehsalını İran və Rusiyanın digər birgə proqramlarından adlandırıb və xatırladıb: Yüksək səviyyəli stansiyanın yeni bölmələrinin inşası enerji təminatına və təbii ehtiyatların qorunmasına kömək etməkdən əlavə, 22 milyon barel xam neftdə qənaətə və 14 milyon ton çirkləndiricinin ətraf mühitə yayılmasının qarşısının alınmasına səbəb olacaq.
Buşehr Atom Elektrik Stansiyasının 2 və 3-cü stansiyalarının təməlqoyma mərasimi bu gün İranın vitse-prezidenti İshaq Cahangiri, İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi və Rus-Atom Şirkətinin baş direktoru Sergey Krinkonun iştirakı ilə başlanıb.
Rus-Atom Nüvə Enerjisi Şirkətinin baş direktoru Sergey Krinko bildirib: Buşehr AES-nin 2-ci nüvə reaktorunun ilk təməli bu gün qoyuldu və bu İran və Rusiyanın müştərək layihəsi olan Buşehr-2-nin başlandığını göstərir.
Krinko bu barədə deyib: İlk reaktorun inşası Rusiyanın siyasi atmosfer dəyişiklikləri nəzərə almadan öz xarici şərikləri qarşısında öhdəliklərinə həmişə sadiq qaldığını əks etdirdi.
İranın Rusiya ilə anlaşması Buşehr-1 kimi tanınan Buşehr layihəsinin ilk mərhələsi 1992-ci ilə qayıdır. Bu nüvə stansiyası 2011-ci ildə 1000 meqavatlıq reaktorla İranın elektrik şəbəkəsinə qoşuldu və növbəti ildə isə tam potensiala yüksəldi.
Bu məlumata əsasən, Buşehr-2 layihəsinin xərci təxminən 10 milyard dollardır və onun icrası təxminən 10 il davam edəcək.