İnqilab Rəhbəri İranın Paralimpiya idman karvanını alqışlayıblar
İslam İnqilabının Böyük Rəhbəri "Rio-2016" Paralimpiya Oyunlarında iştirak edən İranın idman karvanına ünvanladıqları müraciətdə deyiblər: İştirakınız iftixarlı idi və İran xalqının könlünü şad etdiniz.
İnqilab Rəhbərinin bəyanatında həmçinin deyilir: Mina şəhidlərinin fəryadını dünyaya yaydınız və mübarək ehram libasını İslam atributları ilə düşmən olanların gözləri önündə sərgilədiniz.
Həzrət Ayətullahülüzma Xameneinin əsərlərinin mühafizə və nəşr edilməsi ofisinin internet səhifəsində yer alan məlumata görə, İnqilab Rəhbəri İranın Paralimpiya Oyunlarındakı idman karvanına təşəkkür edərək, iranlı idmançıların həmişə olduğu kimi, iranlı idmançılara layiq şəkildə və şəri qaydalara əməl edərək idman yarışlarında iştirak etmələrni vurğulayıblar.
İnqilab Rəhbəri həmçinin, iranlı idmançı, müharibə əlili Bəhmən Qolbarnejadın Paralimpiya Oyunlarında qəzaya uğrayaraq, həyatını itirməsi münasibəti ilə baş sağlığı veriblər.
İranın idman karvanı Rio-2016 Paralimpiya Oyunlarında 8 qızıl, 9 gümüş və 7 bürünc medal əldə edərək, ümumi sıralamada 15 pillədə yarışları başa vurub.