Zərif Amerika Xarici Əlaqələr üzrə Araşdırma Mərkəzi üzvlərinin qonağı olub
-
Zərif Amerika Xarici Əlaqələr üzrə Araşdırma Mərkəzi üzvlərinin qonağı olub
İranın xarici işlər naziri Amerika Xarici Əlaqələr üzrə Araşdırma Mərkəzinin xüsusi qonağı olub və bu yığıncaqda öz çıxışı ilə ölkəsinin xarici siyasətinin prinsipial strategiyasını bəyan edib.
IRIB-nin məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən bu yığıncaqda İranın nüvə anlaşması və Suriyadakı cari böhran haqdakı baxışlarını şərh edib.
Fələstin məsələsi, sionist rejimin təcavüzkar siyasətləri və İranofobiya planının davam etməsi Zərifin bu yığıncaqdakı çıxışının digər mehvərlərindən olub.
Məhəmməd Cavad Zərif əlavə edib: İrana qarşı düşmənçiliklər və ümumi fikrin aldadılması təzə bir məsələ deyil, lakin nüvə anlaşmasının icrasından sonra İranofobiya planı İranın bədxahlarının əsas iş gündəmində yer alıbdır.
İranın xarici işlər naziri Amerika Xarici Əlaqələr üzrə Araşdırma Mərkəzinin 220-dən çox üzvünün iştirakı ilə keçirilən bu yığıncağın sonunda iştirakçılardan bir neçəsinin sualını cavablandırıbdır.