İranın təhlükəsizlik naziri: Bütün məkrli planlar məğlubiyyətə uğrayıb
Okt 02, 2016 10:32 Asia/Baku
-
İranın təhlükəsizlik naziri: Bütün məkrli planlar məğlubiyyətə uğrayıb
İran İslam Respublikasının təhlükəsizlik naziri deyib: İranın təhlükəsizliyinə zərbə vurmaq istəyən düşmənlərin bütün məkrli planları məğlubiyyətə uğrayıb.
İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi şənbə günü Simnan vilayətində keçirilən bir tədbirdə deyib: Düşmənlərin bütün səyləri İranın təhlükəsizliyinə zərbə vurmaqdır. Lakin təhlükəsizlik qüvvələrinin ayıq-sayıqlığı, informasiya yetərliliyi və vaxtında addım atması ilə düşmənlər heç bir iş görə bilməmişlər.
İRNA-nın məlumatına görə, Seyid Mahmud Ələvi İranın davamlı təhlükəsizliyinin İslam İnqilabına və onun dəyərlərinə borclu olduğunu bildirib və əlavə edib: Hazırda hətta ABŞ, Fransa və Türkiyədə təhlükəsizliyin olmadığını görmək olar. Amma İslami İranda təhlükəsizlik hakimdir.