Elm təməlli layihələrə xüsusi dəyər verilir
Bazarın tələbatına uyğun olan 200 tələbə dissertasiyası. Bu qərarı Tehran Universiteti özünün tədqiqat layihələrinə dəstək məqsədi ilə verib. Cari ildə seçiləcək 200 dissertasiyanın icrası üçün cəmi 1 milyard 200 milyon tümən lazım gələcək.
Son vaxtlar elmtəməlli layihələrə qiymət vermək və bu kimi layihələri himayə etmək dövlət rəsmiləri və iranlı investorların diqqət mərkəzində saxlanılır. İranlı tədqiqatçı alimlərin biliklərinə etimad, investorların bu kimi elmi layihələri tam rəğbətlə qarşılamalarına zəmin yaradıb. " Elm və ixtisas gənclərdən, sərmayə isə investorlardan" şuarı ilə elmi layihələrə istehsal dövriyyəsinə daxil olmaları üçün dəstək verilir.
Elə son günlərdə Tehran Universitetinin elm və texnologiya parkı 3 elmtəməlli layihəni istifadəyə verdi. Amma elmi əsərlər bununla bitmir, bu park elm təməlli layihələrdən ibarət bir sərgi keçirərək, elmi sürətlə bazara tərəf yönəltməyə çalışır.
Layihəçi deyib: Biz əmək fəaliyyətləri üzrə geniş kompüter proqramı üzərində işləyirik. Bizim layihəyə 2008-ci ildə start verilib, bu gün isə investorların himayəsi ilə sənaye dövriyyəsinə daxil edilib. Biz bu layihənin icrası ilə İran bazarını tam asılılıqdan xilas edə bilərik. Bizim məhsulun xarici nümunəyə üstün cəhəti ondan ibarətdir ki, bu bütöv şəkildə təşkilatların ixtiyarına verilir və informasiyaların unudulması yaxud biri-birindən ayrılması ehtimalı sıfıra endirilir. Bu kompüter proqramı bir neçə dildə işləyir və qiyməti xarici nümunə ilə müqayisədə 15 dəfə ucuzdur.
Ötən il sadəcə 80 dissertasiya himayə olunmuşdusa bu il bu rəqəm 200-ə çatıb.