Zərif və Lavrov Suriya barədə danışdı
İran İslam Respublikası və Rusiya Federasiyası xarici işlər nazirləri telefon danışığında Suriya böhranını müzakirə ediblər.
Rusiya Xarici İşlər Nazirliyi bildirib: Bu ölkə xarici işlər naziri Sergey Lavrov və İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə axşamı günü telefon danışığında Suriya böhranının həlli üçün yeni diplomatik səylərin vacibliyini qeyd ediblər.
İRİB-in məlumatına görə, Rusiya XİN-in bəyanatına əsasən, Lavrov və Zərif bildiriblər ki, Suriya böhranı yalnız diplomatik anlaşma vasitəsi ilə həll edilə bilər.
İran və Rusiya xarici işlər nazirləri Suriya böhranının siyasi həll yoluna başqa heç bir alternativin olmadığını vurğulayıblar.
ABŞ və Rusiya müzakirələrinin məğlubiyyətə uğraması ilə Suriya böhranı yeni mərhələyə daxil olub və Moskva və Dəməşqə müxalif ölkələr müxtəlif bəhanələrlə Rusiya və Suriyanın bu böhranda siyasi dalanın səbəbkarı qələmə verməyə çalışırlar.