Okt 19, 2016 11:22 Asia/Baku
  • Xəzəryanı ölkələr arasında əlaqələr genişlənsin
    Xəzəryanı ölkələr arasında əlaqələr genişlənsin

İran İslam Respublikası ordusu Dəniz Qüvvələrinin şimal donanması komandanı Xəzəryanı ölkələrin dəniz qüvvələri arasında əlaqələrin genişlənməsini istəyib.

İRNA-nın məlumatına görə, kontr-admiral Əfşin Rzayi Həddad Ənzəli limanında Rusiya hərbi dəniz bölməsi komandanı kapitan Sergey Aleksandroviç Babskov ilə görüşdükdən sonra Rusiya hərbi dəniz bölməsinin Ənzəli limanına səfəri barədə deyib: Bu kimi gediş-gəlişlərdə məqsəd Xəzəryanı ölkələr arasındakı əlaqələrin səviyyəsini yaxşılaşdırmaqdır. 

Kontr-admiral Əfşin Rzayi Həddad əlavə edib: Xəzər dənizinin təhlükəsizliyinin təmin edilməsi bütün sahilyanı ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bu təhlükəsizlik Xəzəryanı ölkələr arasında əməkdaşlıq və ahəngdarlıq yolu ilə təmin edilə bilər. 

Rusiya hərbi dəniz bölməsinin komandanı Sergey Babskov da bu görüşün ardınca jurnalistlərə deyib: Xəzəryanı ölkələr və dəniz qüvvələri arasındakı əlaqələr dostluq əlaqələridir. 

Gilan vilayətinin valisi Məhəmməd Əli Nəcəfi də Rəşt şəhərində Rusiya hərbi dəniz bölməsinin komandanı ilə görüşdə deyib: Xəzəryanı ölkələrin hərbi dəniz bölmələrinin qarşılıqlı səfərləri dostluq əlaqələrinin, sülhün və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. 

Rusiya hərbi dəniz bölməsi Xəzəryanı ölkələr ilə əlaqələrin möhkəmləndirilməsi çərçivəsində çərşənbə axşamı İranın Ənzəli limanına daxil olub. 

Teqlər