Zərif: Suriyada atəşkəs İranın həmişəki prioriteti olmuşdur
İran xarici işlər naziri deyib: Atəşkəs və humanitar yardımların göndərilməsi İranın Suriyadakı prioritetlərindən olmuş və bu barədə istənilən əməkdaşlığa hazırdır.
İran Xarici İşlər Nazirliyi Diplomatiya İdarəsinin məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün bazar ertəsi günü Avropa Birliyinin Humanitar Yardımlar və Fövqəladə Halların İdarəsi üzrə komissarı Kristo Stilyanidislə Tehranda görüşdə Yəməndəki insan durumunun acınacaqlı olmasına toxunub və bu ölkədə insan şəraitinə diqqətin yetirilməsinin vacibliyini qeyd edib.
Avropa Birliyinin Humanitar Yardımlar və Fövqəladə Halların İdarəsi üzrə komissarı Kristo Stilyanidis də bu görüşdə İran İslam Respublikasının əfqan miqrantlara ev sahibliyi etməsinə toxunaraq Suriyaya humanitar yardımların göndərilməsində İranın rolunu alqışlayıb.
Avropa Birliyinin Humanitar Yardımlar və Fövqəladə Halların İdarəsi üzrə komissarı həmçinin deyib: İran region və dünyada önəmli və müsbət rola malikdir və əslində beynəlxalq səviyyədə belə rola malik olmağa layiqdir.
Bu məlumata görə, Məhəmməd Cavad Zərif və Kristo Stilyanidis həmçinin bu görüşdə İranda əfqan miqrantların vəziyyəti, böhranla üzləşən ölkələr, xüsusilə də Suriyaya humanitar yardımların göndərilməsi barədə fikir mübadiləsi aparıblar.