İran və Finlandiya arasında 4 əməkdaşlıq sənədi imzalanıb
İran İslam Respublikası və Finlandiya iqtisadiyat, enerji, texniki və investisiya sahələrində 4 əməkdaşlıq memorandumu imzalayıblar.
İRİB-nin verdiyi məlumata görə, bu gün İran və Finlandiya prezidentləri Həsən Ruhani və Sauli Ninisto arasında imzalanan sənədlər, enerji , rabitə və informasiya texnologiyaları, meşə ehtiyatlarının idarəçiliyi eləcə də İranın investisiya və texniki-iqtisadi yardımlar təşkilatı ilə Finlandiyanın ixracat fondu agentliyi arasında əməkdaşlıqları əhatə edir.
İki ölkə prezidentləri və siyasi-iqtisadi heyətlər bu gün həmçinin bir müştərək iclasda qarşılıqlı, regional və beynəlxalq əməkdaşlıqları, siyasi və iqtisadi əlaqələrin inkişafı mövzularını müzakirə ediblər.
Finlandiya prezidenti dünən yüksək səviyyəi bir siyasi və iqtisadi heyətə başçılıq edərək Tehrana daxil olub.
Sauli Ninistronun İrana səfərdə məqdəsi qarşılıqlı müzakirələr və iqtisadi əməkdaşlıqların genişləndirilməsindən ibarətdir.