Okt 27, 2016 11:56 Asia/Baku
  • Qulaməli Xoşru
    Qulaməli Xoşru

İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi deyib: İran BMT-nin baş katibinin qadınların da bu təşkilatın ifratçılıq ilə mübarizə üçün təşəbbüs proqramına daxil edilməsi təklifinə dəstək verir.

Qulaməli Xoşru Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının "Sülh və Təhlükəsizlik qadınları" mövzusunda gedən müzakirələrində deyib: Qadınlar sülh və təhlükəsizliyin bərqərar edilməsində əsas rola malik ola bilərlər. Təcrübələr və tədqiqatlar göstərir ki, qadınların humanitar əməliyyatlarda iştirakı həmişə effektli olub, mülkilərin həyatının qorunmasına, siyasi barışığa, dinamik sülhə və iqtisadi yenidənqurmaya öz töhfəsini verib.

İranın BMT-dəki daimi nümayəndəsi deyib: Qadınlar həm də ifratçı və terrorçu qrupların Orta Şərqdə törətdikləri böhranların əsas qurbanlarıdırlar. Təəssüfləndirici haldır ki, zorakılıqla yanaşı olan ifratçılığın və təkfirçi düşüncələrin yayılması qadınların mövqeyini dəyərdən salıb, qadın və qızların həyatı və insan haqlarını misli görünməmiş həddə təhlükəyə salıb. Bu gün görürük ki, terrorçu ifratçılar qadın və qızları məqsədyönlü şəkildə cinsi quldarlığa, zorakılığa və təcavüzə məruq qoyur, onlara fiziki və ruhi işgəncələr verirlər. 

İİR-nın BMT-dəki nümayəndəsi deyib: Bütün bunları nəzərə alaraq İran İslam Respublikası BMT-nin baş katibinin zorakı ifratçılıqla mübarizə üçün təşəbbüs proqramı təklifinə qadınların rolunun daxil edilməsini dəstəkləyir. 

Teqlər