Okt 30, 2016 12:59 Asia/Baku
  • Zərif: Suriya böhranı üçün siyasi həll yoluna diqqət göstərilməlidir
    Zərif: Suriya böhranı üçün siyasi həll yoluna diqqət göstərilməlidir

İran İslam Respublikasının xarici işlər naziri deyib: Tehranın Suriya böhranı ilə bağlı mövqeyi terrorizm ilə mübarizənin zəruriliyi və böhran üçün siyasi həll yolunun tapılmasıdır.

Məhəmməd Cavad Zərif bazar günü hərbi attaşelər, müdafiə və polis nümayəndəliklərinin ilk birgə iclasının kənarında İRİB-nin müxbirinə verdiyi müsühibədə Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerininin Tehrana olan səfərinə işarə edərək, deyib: Moqerininin Tehrana səfər etməsi Suriya böhranı ilə bağlı fikir mübadiləsi aparmaq və toqquşmaları sonlandırmaq üzrə idi. 

Zərif əlavə edib: İranın terrorizm ilə mübarizənin zəruri olması və Suriya böhranı üçün siyasi həll yolunun tapılması üzrə mövqeyi bu səfər zamanı Moqerininin diqqətinə çatdırıldı. 

İranın xarici işlər naziri Avropanın keçmişdəki yanlış siyasətlərinə də işarə edib və deyib: Bütün ölkələr terrorizm ilə heç bir şərt olmadan mübarizə aparmalıdırlar. 

Teqlər