Zərif və Feysəl Tehranda Suriyanın durumunu araşdırıblar
https://azeri.sahartv.ir/news/İran-i244292-zərif_və_feysəl_tehranda_suriyanın_durumunu_araşdırıblar
İran İslam Respublikasının xarici işlər naziri və Suriyanın XİN başçısının müavini terrorizm və ifratçılıqla mübarizə üzrə İran, Suriya və Rusiya arasında əməkdaşlıqlar və fikir mübadiləsinin davam etdirilməsini vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 07, 2016 14:21 Asia/Baku
  • Feysəl və Zərif
    Feysəl və Zərif

İran İslam Respublikasının xarici işlər naziri və Suriyanın XİN başçısının müavini terrorizm və ifratçılıqla mübarizə üzrə İran, Suriya və Rusiya arasında əməkdaşlıqlar və fikir mübadiləsinin davam etdirilməsini vurğulayıblar.

Tehranda baş tutan görüşdə suriyalı diplomat Feysəl Miqdad İran İslam Respublikasının region məsələləri xüsusiylə də Suriya böhranı barədəki prinsipial mövqelərini yüksək qiymətləndirib.

Miqdad İİR-in terrorizm və ifratçılıqla mübarizənin ön sırasında durduğunu bildirərək Suriyanın dostları arasında fikir mübadilələrinin daha da artırılmasını vurğulayıb. 

İran İslam Şura Məclisinin sədri də Suriya xarici işlər nazirinin müavini ilə görüşdə deyib: İran və Suriya əlaqələri çox zəngin və stratejidir və rəsmi Tehranın Dəməşqə dəstəyi davam edəcəkdir.