Zərif bütün tərəfləri nüvə anlaşmasına sadiq olmağa çağırdı
https://azeri.sahartv.ir/news/İran-i245027-zərif_bütün_tərəfləri_nüvə_anlaşmasına_sadiq_olmağa_çağırdı
İran İslam Respublikası xarici işlər naziri: Nüvə anlaşması birtərəfli bir anlaşma deyil ki, bir tərəf onu cırıb bir kənara atsın.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 11, 2016 10:13 Asia/Baku
  • Məhəmməd Cavad Zərif
    Məhəmməd Cavad Zərif

İran İslam Respublikası xarici işlər naziri: Nüvə anlaşması birtərəfli bir anlaşma deyil ki, bir tərəf onu cırıb bir kənara atsın.

Məhəmməd Cavad Zərif bu sözləri təbliğat və təşviqat kampaniyası zamanı nüvə anlaşması ilə müxalif olduğunu deyən Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra səsləndirib. 

Zərif Slovakiyanın xarici işlər naziri Miroslav Lackak ilə görüşün ardınca, mətbuat konfransında deyib: "Əlbəttə, İranın seçimləri məhdud deyil. Amma, biz nüvə anlaşmasının kamil formada icra ediləcəyinə ümidarıq və bunu istəyirik. Bu nüvə anlaşması, birtərəfli bir anlaşma deyil ki, bir tərəf onu cırıb bir kənara atsın."