Zərif: Bütün tərəflər nüvə anlaşmasına sadiq qalmalıdırlar
İran İslam Respublikasının xarici işlər naziri nüvə anlaşmasının bütün tərəflərinin ona sadiq qalmalı olduğuna təkid edərək, deyib: Nüvə anlaşması hamının işinə yarayır. Amma, bu o demək deyil ki, İranın başqa seçimi yoxdur. İran İslam Respublikası nüvə anlaşmasına sadiq qalmaq istəyir və bu hamının xeyrinədir.
Məhəmməd Cavad Zərif cümə günü Çex həmkarı Lobomir Zauralk ilə birgə mətbuat konfransında İran və 5+1 qrupu arasındakı nüvə anlaşmasının perspektivi barədə deyib: Nüvə anlaşması bir beynəlxalq anlaşmadır və bütün tərəflər ona sadiq qalmalıdır. Bu, sadəcə ikitərəfli bir anlaşma deyil.
Zərif əlavə edib: Nüvə anlaşması bir neçə tərəfli və məntiqli bir anlaşmadır və BMT-nin Təhlükəsizlik Şurası tərəfindən də təsdiq edilib. Baxmayaraq ki, Amerika bu anlaşma qarşısındakı öhdəliklərinin bir hissəsinə əməl etməyib. Amma, biz öz öhdəliklərimizi kamil formada yerinə yetirmişik.
İranın xarici işlər naziri həmçinin deyib: Biz nüvə anlaşmasının məntiqli bir anlaşma olduğuna inanırıq. Bu anlaşma hamının xeyrinədir. Amma, bu o demək deyil ki, İran başqa seçimə malik deyil.
İranın XİN başçısı əlavə edib: İran nüvə anlaşmasına sadiq qalmaq istəyir və nüvə anlaşması qarşısında öhdəliklərə əməl etmək hamının xeyrinədir.