Noy 23, 2016 17:53 Asia/Baku
  • Əhl Beyt(ə) məddahı mərhum Müəzzinzadənin cənazəsi dəfn edildi
    Əhl Beyt(ə) məddahı mərhum Müəzzinzadənin cənazəsi dəfn edildi

Sultanüzzakirin Səlim Müəzzinzadə Ərdəbilinin cənazəsi bu gün Ərdəbildə Əhl Beyt(ə) sevərlər selinin müşayiəti ilə son mənzilə yola salındı.

Vida mərasiminin təşkil edilməsinin ardınca mərhumun cənazəsi dəfn edilməsi üçün Ərdəbilin "Beheşte Zəhra" məzarlığındakı "Fəxri Bölmə"yə köçürülüb.

Dəfndə iştirak edən əhalinin sayının çoxluğunu nəzərə alaraq, mərasiminin bir neçə saat davam edəcəyi gözlənilir.

Mərhum Müəzzinzadə Ərdəbilinin vəsiyyətinə əsasən, cənazəsinin keçdiyi yol boyunca ustadın şah əsəri sayılan "Zeynəb, Zeynəb" növhəsi səsləndirilir.

Dəfn mərasimi Səbəlan və Səhər kanalı tərəfindən canlı olaraq yayımlanıb.

Mərhum Müəzzinzadə dünən səhər saatlarında, 80 yaşında fani dünya ilə vidalaşaraq, haqqa qovuşdu.

 

Teqlər