Noy 24, 2016 10:35 Asia/Baku
  • Qulamhüseyn Dehqani
    Qulamhüseyn Dehqani

İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsinin müavini təkfirçi və sərt radikal ideyaları və İŞİD-i bugünkü dünyanın mürəkkəb və çoxtərəfli prlbemlərindən adlandırıb: Onunla mübarizə milli, regional və beynəlxalq səviyyədə əməkdaşlığı tələb edir.

İRNA-nın məlumatına görə, Qulamhüseyn Dehqani "BMT və Şanxay Əməkdaşlıq Təşkilatı: Təhdidlər və Problemlərlə Ortaq Mübarizə" adı altında çərşənbə günü keçirilən iclasda deyib: Birləşmiş Millətlər Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatı kimi regional təşkilatlar arasında əməkdaşlıq terrorizm, sərt radikallıq, narkotik maddələrin ticarəti, mütəşəkkil cinayətlərin önlənməsi kütləvi qırğın silahlarının yayılması, kiber terrorizm və qeyri-qanuni miqrasiya ilə mübarizə və sülhün yaradılması və qorunması sahələrini sürətləndirə bilər. 

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsinin müavini deyib: Şanxay Əməkdaşlıq Təşkilatının sülhün Əfqanıstana qaytarılması üçün BMT qurumları və beynəlxalq ictimaiyyətin səylərini aktiv şəkildə dəstəkləməsi inamlı təsir bağışlayır və həmişə Əfqanıstandakı münaqişələrin həlli prosesində BMT-nin koordinator rolunun qorunmasını vurğulamışdır. 

Dehqani əlavə edib: İran Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi üzv olaraq bir dekadadan çoxdur ki, bu təşkilatın fəaliyyətlərini izləyir, bu təşkilatın iclaslarında aktiv iştirak edir və bu təşkilat və onun bütün üzvləri ilə möhkəm əlaqələri vardır. 

Dehqani bildirib: Regionda sülh və stabilliyin bir mehvəri olaraq İran İslam Respublikasının siyasəti təhlükəsizlik və inkişaf sahələrində təhdidlər və problemlərin artması ilə mübarizənin ən yaxşı yolu olaraq çoxtərəfli əməkdaşlıqların dəstəklənməsinə əsaslanır. İranın baxışınca, terrorizm və sərt radikallıq, xüsusilə də İŞİD təhdidi və təkfirçi ideologiyalar hal-hazırda ən təhlükəli hədələr hesab olunur. Buna əsasən İran bu qənaətdədir ki, BMT və Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq bu təhdidlərlə mübarizəni artıra bilər. 

Teqlər