İnqilab Rəhbəri ordunun Dəniz Qoşunları komandanları ilə görüşüblər
Həzrət Ayətullahülüzma Xamnei: "Tarixi keçmiş sanksiyaların yenidən icraya qoyulması öhdəliklərin pozulması mənasındadır".
İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullahülüzma Xamnei bazar günü İran İslam Respublikası ordusu Dəniz Qoşunları Günü münasibətiilə bu qüvvələrin komandanları ilə görüşdə nüvə müzakirələrinə və ABŞ Konqresində İrana qarşı sanksiyaların müddətinin uzadılması layihəsinə və bunun sanksiya olmadığı və sadəcə mövcud sanksiyaların vaxtının uzadılması barədəki iddialara işarə edərək, deyiblər: Bir sanksiyanın tətbiq edilməsi ilə , onun müddətinin başa çatmasından sonra, zamanının uzadılması ilə yenidən tətbiq edilməsi arasında heç bir fərq yoxdur və bu ikincisi də sanksiyadır və qarşı tərəfin öhdəlikləri pozması anlamına gəlir.
Həzrət Ayətullahülüzma Xamnei həmçinin, İran ordusu Dəniz Qoşunlarının nailiyyətləri və bacarıqlarını istedadlı kadrlar, bacarıqlı komandanlar və texniki-mühəndislik sahələrində alqışa layiq adlandırıb və proqramların nəticənin əldə edilməsinə kimi davam etdirilməsinin əhəmiyyətinə habelə, işlərdə tələsik addımların atılmasından çəkinməyə təkid ediblər.
İnqilab Rəhbəri daha sonra deyiblər: Çatışmazlıqların aradan qaldırılması üçün məhdudiyyətlər qarşısında təslim olmamaq və güclü iradə nümayiş etdirmək lazımdır.
İran İslam Respublikası silahlı qüvvələrinin ali baş komandanı bəzi ölkələrin inkişafında dənizçilik sənayesinin roluna işarə edib və deyiblər: İran uzun dəniz sərhədlərinə və dənizçilik üzrə qədim keçmişə malikdir. Buna görə də İran İslam Respublikası ordusu Dəniz Qoşunlarının potensialları İslam Quruluşunun şəninə və bu ölkənin tarixinə layiq bir şəkildə olmalıdır.
İnqilab Rəhbəri həmçinin, İran ordusu Dəniz Qoşunlarının beynəlxalq sulardakı iştirakının İranın gücü və qüdrətinin artmasına səbəb olduğunu vurğulayaraq, deyiblər: Beynəlxalq sulardakı iştirakın miqyası artırılmalıdır.
İnqilab Rəhbərinin çıxışından öncə İran ordusu Dəniz Qoşunları komandanı kontr-admiral Həbibullah Səyyari Dəniz Qoşunlarının beynəlxalq sulardakı davamlı və güclü iştirakı ilə bağlı hesabat təqdim edib.
27 noyabr, "Peykan" raket atan gəmisinin fədakar ekipajının qəhrəmanlıqlar yaratdığı gün olaraq İran təqvimində Dəniz Qoşunları Günü olaraq anılır.