Dek 02, 2016 19:59 Asia/Baku
  • İranın nüvə fəaliyyətlərinin bərpası üçün üç oxunuşlu layihə hazırlanır

İran İslam Şurası Məclisinin rəyasət heyətinin üzvü deyib: Amerika konqresinin anti-İran hərəkətilə mübarizə məqsədilə İranın nüvə fəaliyyətlərinin bərpası üçün üç oxunuşlu layihənin hazırlanması həyata keçiriləcək.

İran İslam Şurası Məclisinin rəyasət heyətinin üzvü Əkbər Rəncbərzadə bu gün ABŞ senatının İrana qarşı sanksiyaları on il müddətinə uzatmaq üzrə hərəkətini nüvə anlaşmasının pozulması və beynəlxalq hüquqların tapdalanması adlandırıb.

O, deyib: Amerika konqresinin anti-İran hərəkətilə mübarizə məqsədilə İranın nüvə fəaliyyətlərinin bərpası üçün iki və ya üç oxunuşlu layihənin hazırlanması həyata keçiriləcək ki, Amerikanın əyani hərəkətləri ilə mütənasib olaraq əsaslı və prinsipial addımlar atılmış olsun.

Əkbər Rəncbərzadə vurğulayıb: İran dünya xalqlarına elan edir ki, qanunsuz hərəkətlərin başlayıcısı, Amerika olub və İranın mübarizədən başqa bir çarəsi yoxdur və İranın addımları müdafiə xarakterlidir.

ABŞ senatı cümə axşamı günü İrana qarşı sanksiyaların on il müddətinə uzadılması layihəsini 99 lehinə səslə və əleyhinə səs olmadan qəbul edib.

Bundan öncə ABŞ konqresi də hər iki respublikaçı və demokrat partiyasının dəstəyilə İrana qarşı sanksiyaların on il müddətinə uzadılması layihəsini qəbul etmişdi.

Teqlər