İranın xarici işlər nazirinin Asiyanın şərqinə dövri səfəri başlanıb
İranın xarici işlər naziri bir siyasi-iqtisadi heyətlə bu gün səhər tezdən Tehranın Mehrabad hava limanından Hindistana yola düşüb.
IRIB-nin məlumatına görə, Məhəmməd Cavad Zərif və onu müşayiət edən heyət Hindistan, Çin və Yaponiyaya səfər edəcəklər.
İranın xarici işlər nazirinin Hindistana səfərdə məqsədi, bu ölkənin Pəncab əyalətində keçirilən "Asiyanın qəlbi" iclasında iştirakdır. Bu iclas Əfqanıstanın inkişafı və təhlükəsizliyi proqramlarında iştirak məqsədilə 2011-ci ildən bəri daim keçirilibdir.
Hindistan və İranın iş adamları arasında birgə iclasların keçirilməsi və Hindistanın mədəni-siyasi elitasının yığıncağında iştirak, Zərifin bu ölkə səfərinə daxil olan digər proqramlardandır.
İranın xarici işlər naziri Asiyanın şərqinə dövri səfərinin ikinci etapında Pekinə gedəcək.
Çinin yüksək vəzifəli rəsmiləri ilə görüşlər və siyasi-iqtisadi müzakirələr, eləcə də qarşılıqlı əlaqə və münasibətlərin nəzərdən keçirilməsi Çinə səfərin hədəflərindən elan olunub.
Zərif və onu müşayiət edən heyət Asiyanın şərqinə dövri səfərin 3-cü etapında Tokioya gedəcəklər.
İran-Yaponiya iqtisadi münasibətləri İrana qarşı zalımcasına sanksiyalardan təsirlənərək, ötən illərdə azalma prosesini keçibdir və bu səfərdə iki ölkə rəsmilərinin iqtisadi məşvərətləri qarşılıqlı əlaqələrin bərpası və genişlənməsində böyük önəmə malikdir.
Yaponiya rəsmiləri ötən aylarda İranla ticari əlaqələrin inkişafına, eləcə də İranda abadlıq və sənaye layihələrinin maliyyə təmininə və investisiyaya böyük meyl göstəriblər.
İranın 60-dan çox bank, ticarət müəssisəsi və şirkətinin nümayəndələri bu səfərdə İranın xarici işlər nazirini müşayiət edirlər.