Zərif: Beynəlxalq məsələlər barədə müştərək ikitərəfli münasibətə malikik
-
Məhəmməd Cavad Zərif -Vanq Yi il
İranın xarici işlər naziri deyib ki, Çin prezidentinin İran səfərinin razılaşmaları daha artıq həmkarlıqlar qapısını açır.
Məhəmməd Cavad Zərif öz çinli həmkarı Vanq Yi ilə görüşdə deyib: Çin prezidentinin Tehrana keçmiş səfəri ilə bağlı razılaşmalar və 17 əməkdaşlıq sənədinin imzalanması daha artıq həmkarlıqlar qapısını açır. Mən elə buna görə, Pekindəyəm ki, həmin razılaşmaları araşdıraraq, əməliyyat mərhələsinə çatdıraq.
Zərif əlavə edib: Bizim Çinlə hərtərəfli əlaqələrin inkişafı üçün heç bir mülahizəmiz yoxdur, zira ortaq əsaslara malikik. Biz beynəlxalq məsələlər barədə müştərək ikitərəfli münasibətə malikik.
Çinin xarici işlər naziri də bu görüşdə Çin prezidentinin Tehrana keçmiş səfərini və əməkdaşlıq sənədlərinin imzalanmasını mühüm adlandıraraq, İranın xarici işlər naziri ilə görüşü ikitərəfli həmkarlıqların genişlənməsi və hədəflərin reallaşmasında mühüm amil adlandırıb.
Zərif və Vanq Yi ikitərəfli iclasda əməkdaşlılqların bütün sahələrdə, xüsusən siyasi və iqtisadi sahələrdə genişləndirilməsini müzakirə ediblər.
Regional və beynəlxalq məsələlər barədə məşvərət iki tərəfin danışıqlarının digər mehvəri elan olunub.
İranın xarici işlər naziri Asiyanın şərqinə səfərinin davamında sabah Tokioya yola düşəcək.