Dek 08, 2016 14:05 Asia/Baku
  • Şiələrin 11-ci imamının şəhadətinin ildönümü günü münasibətilə başsağlığı veririk

Bu gün, 1438-ci hicri qəməri ili, rəbiuləvvəl ayının səkkizi və 2016-cı milad ili dekabrın səkkizi, imamət və vilayət səmasının on birinci ulduzu- İmam Həsən Əsgəri(ə)-ın şəhadətinin ildönümü günüdür.

260-cı h.q. ili rəbiuləvvəl ayının səkkizində İslamın əziz Peyğəmbəri(s.ə.s)-in pak övladlarından olan İmam Həsən Əsgəri(ə) İraqın şimalında yerləşən Samirra şəhərində şəhid edildi.

İmam Həsən Əsgəri(ə)-in əziz atası, Həzrət İmam Hadi(ə) İslamın əziz Peyğəmbəri(s.ə.s)-in pak övladlarından idi. Onun möhtərəm anası, xeyirxah, fəzilətli və alim bir qadın idi.

İmam Həsən Əsgəri(ə) atasının şəhadətindən sonra müsəlmanların dini rəhbərliyini üzərinə götürdü.

Bu böyük imam özünün elm və bilik məktəbində fəzilətli mütəfəkkirlər yetişdirdi ki, onların hər biri müxtəlif İslam elmləri sahələrində yazılı əsərlər qoyaraq, İslam maarifinin yüksəlişi üçün təsirli addımlar atdı.

İmam Həsən Əsgəri(ə)-in 29 illik ömrü üç dövrə bölünür: Birinci dövr, on üç ildir ki, o həzrətin Mədinədə keçən həyatına şamil olur. İkinci dövr imamlıqdan öncə Samirrada keçən on ilə, üçüncü dövr isə o həzrətin altı ilə yaxın imamlıq dövrünə təsadüf edir.

İmam Həsən Əsgəri(ə)-in imamlıq dövrü Bəni-Abbasın zahiri qüdrəti ilə üzləşmişdi. Bu xəlifələr öz güclərini göstərmək sahəsində Harunu təqlid edərək, çox yuxarıdan gedirdilər.

İranın Radio və Televiziya Təşkilatı İmam Həsən Əsgəri(ə)-ın şəhadətinin ildönümü gününün gəlib çatması münasibətilə ismət və paklıq Əhli-Beyti(ə) tərəfdarlarına başsağlığı verir.

Teqlər