Zərif: Nüvə anlaşmasına sədaqət Amerikanın xeyrinədir
İranın xarici işlər naziri deyib: İran İslam Respublikası dünya ictimaiyyətilə yanaşı çalışacaq ki, nüvə anlaşması və onun icrası davam etmiş olsun.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Tokioda Yaponiya Beynəlxalq Məsələlər Müəssisəsinin üzvləri qarşısında əlavə edib: Nüvə anlaşması İran ilə Amerika arasında birtərəfli bir razılaşma deyil, bu, çoxtərəfli bir anlaşmadır ki, digər ölkələr tərəfindən gücləndirilib və Avropa Birliyi birbaşa surətdə onda iştirak edib və nəhayət, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul olunubdur.
Zərif söyləyib: Nüvə anlaşmasına sədaqət Amerikanın və dünya ictimaiyyətinin xeyrinədir, zira Amerika İrana qarşı sanksiyaların tətbiq edilməsindən indiyədək heç bir xeyir görməyib, əksinə İran müqavimət göstərməklə ölkənin iqtisadi irəliləyişinə və öz xalqının təhlükəsizliyinə zəmanət veribdir.
İranın xarici işlər naziri sonra deyib: Nüvə anlaşması öz həyatına davam edəcək, zira diplomatlar bütün yanlış seçimləri sınaqdan keçirdikdən sonra düzgün yolu seçiblər.
ABŞ konqresi son zamanlar "Damato" adlandırılan İrana qarşı sanksiyaların uzadılması layihəsini qəbul etdi ki, bu da İran İslam Respublikası rəsmilərinin ciddi reaksiyası ilə üzləşdi.
Nüvə Anlaşmasına Nəzarət Heyəti çərşənbə günü Tehranda iclas keçirərək, onda, Amerikanın nüvə anlaşmasının pozulması istiqamətindəki addımlarına mütənasib reaksiya üçün lazımi tədbirləri qəbul etdi və Amerika dövlətinin hərəkətlərinin dəqiq surətdə izlənildiyini vurğuladı.