Dek 12, 2016 20:22 Asia/Baku
  • Şəmxani: Təkfirçi terrorizmin uğursuzluğu İraq dövlətinin səmərəliliyinə bir sübutdur
    Şəmxani: Təkfirçi terrorizmin uğursuzluğu İraq dövlətinin səmərəliliyinə bir sübutdur

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi deyib ki, İraqda təkfirçi terrorizmin uğursuzluğu regiondakı ən mühüm təhlükəsizlik təhdidi ilə mübarizədə bu ölkə dövlətinin səmərəliliyini sübut edir.

IRIB-nin məlumatına görə, İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani bu gün Tehranda İraq Şiələri Milli Koalisiyasının sədri Seyid Əmmar Həkimlə görüşdə əlavə edib: Təkfirçi terrorçu qrupların təcavüz və cinayətləri qarşısında şiə, sünni, kürd, türkmən və izədinin birliyi iraqlı qövm və məzhəblərin sıxlığı və mill birliyi simvoludur.

Əli Şəmxani söyləyib: İraq xalqı arasında ayrılıq və təfriqə salmaq üzrə xarici istiqamətləndirmə ilə göstərilən şübhəli səylər cərəyandadır ki, sayıqlıq və inteqrasiya ilə nakam qoyulmalıdır.

O, İraqda terror qrupları və onların müttəfiqlərinin yekun məğlubiyyətlərinin əks sayılışının başlanmasına toxunaraq, belə qeyd edib: Terrorizmin həyatının yenilənməsinə maneçilik üçün təkfirçilik və ifratçılığın, həmçinin onların regiondakı himayəçilərinin köklərilə təsirli mübarizə mövzusu islami ölkələrin və dünya ictimaiyyətinin iş gündəmində durur.

Seyid Əmmar Həkim də bu görüşdə terrorizmlə mübarizədə İranın İraqa olmuş himayələrindən razılıq edərək, deyib: İraq cəmiyyətinin bugünkü ən mühüm ehtiyacı ictimai, iqtisadi inkişaf, sabitliyin yaradılması, təkfirçi terrorizmə son qoymaq istiqamətində milli qabiliyyətlər məcmusundan istifadə, eləcə də vəhdət və siyasi birlikdir.

Teqlər