X İslami Oyanış Ali Müşavirə iclasının yekun bəyanatı
X İslami Oyanış Ali Müşavirə iclası cümə axşamı gecə bir bəyanatla Tehran iclasına yekun vurub. İclas iştirakçıları yekun bəyanatda zülmlər, təcavüzlər və bərabərsizliklərdən xilas üçün yeganə məntiqli yolu əziz islam peyğəmbərinin (s.ə.s) sünnəsinə arxalanmaq və əsil islam təlimlərinə üz tutmaq adlandırıblar.
Bu bəyanatda bildirilib: İslami Oyanış hərəkatı zəiflərin hakimiyyətinə dair ilahi vədin reallaşması istiqamətində hərəkət və islam tarixi boyunca islam və ədalətsevər hərəkatların davamıdır. Belə ki, əsil Məhəmməd (s.ə.s) islamının təlimlərinə əsasən müstəqillik, azadlıq, ədalət, ictimai rifahın reallaşması və zülmü rədd etməyi öz məqsədi seçmişdir.
Bu bəyanatda dünyanın zalım və küfr cəbhəsi, onların başında ABŞ və beynəlxalq sionizmin islami oyanış prosesində yayınmanın yaradılması və müsəlman xalqların qiyamının məğlubiyyəti üzrə hərəkətinə toxunulub: Bu cəbhə bir tərəfdən təəssübkeş, azğın və təkfirçi cərəyanları gücləndirməklə, digər tərəfdən isə əcnəbi və qərbli örnəkləri təqdim etməklə, daxili müharibələr yaratmaqla və şiə və sünninin ixtilaflı məsələlərini qabartmaqla islami oyanış hərəkatının prosesində dayanmaya səy göstərir.
İslami Oyanış Beynəlxalq Assambleyasının Ali Şurasının 10-cu iclası cümə axşamı günü 110 islam aliminin iştirakı Tehranda keçirilib.
İslami Oyanışın tam örnəyi olaraq əziz islam peyğəmbərinin (s.ə.s) sünnəsi, islami oyanışın problemlərinin müəyyənləşməsi və onunla əlaqədar gələcək olaylar, azğın təkfirçi təfəkkürlərin müəyyənləşməsi və onunla mübarizə yolları, həmçinin Fələstin məsələsi və sionistlərlə mübarizə üçün islam müqaviməti cəbhəsinin gücləndirilməsinin vacibliyi İslami Oyanış Beynəlxalq Assambleyasının Ali Şurasının 10-cu iclasının əsas mehvərlərindən elan olunmuşdur.
İslami Oyanış Beynəlxalq Assambleyası İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin təşəbbüsü ilə 6 il öncə təşkil olunub.