BMT BA-da anti-İran qətnamənin qəbul olunmasına etiraz
-
BMT BA-da anti-İran qətnamənin qəbul olunmasına etiraz
İranın BMT-dəki nümayəndəliyi bu təşkilatın baş assambleyasında anti-İran qətnamənin qəbul olunmasını pisləyib.
IRIB-nin məlumatına görə, İranın BMT-dəki səfiri və nümayəndəsi Qolamhoseyn Dehqani dünən İranda insan haqlarının vəziyyətini tənqid edən bu təşkilatın baş assambleyasının L-25 adlı anti-İran layihəsini şərh edərək, vurğulayıb: Bu qətnamə bir daha insan haqlarını müdafiə üzrə qondarma iddiaçıların sədaqətli olmadıqlarını sübuta yetirdi.
BMT-nin Baş Assambleyası bazar ertəsi günü əsas himayədarı Kanada olan İran İslam Respublikasının əleyhinə yönəlmiş bir qətnaməni qəbul etdi. Bu qətnamə İran İslam Respublikasını dini azlıqlar və qadınlara qarşı ayrı-seçkilikdə, toplanış azadlığını məhdudlaşdırmaqda, yüksək edam göstəricisində və işgəncədən istifadə etməkdə ittiham edibdir.
İranın nümayəndəsi vurğulayıb: İrana qarşı bu cür tərəfbazlıq qətnaməsi qəbul olunmamalıdır.
Yerli əhalinin və qara dərililərin hüquqlarının pozulması kimi qara keçmişə malik olan Kanada da bu həqiqətdən yaxşı xəbərdardır. Beləliklə, bu cür ölkələr nəinki insan haqlarını kökündən pozurlar, həm də toxunulmazlıq sayəsində bu günahsız xalqa cinayətlərini davam etdirirlər.
Dehqani əlavə edib: Çox nifrətedici bir haldır ki, özü insan haqlarının ən böyük pozucuları zümrəsində duran bir ölkə bu gülünc anti-İran qətnaməyə dəstək verir.
İranın BMT-dəki səfiri və nümayəndəsi söyləyib: Bu qətnamədə İranın adından təkcə ona görə istifadə olunubdur ki, onu hazırlayanların siyasi təzyiqlərinə təslim olmur. Bir daha insan haqlarından bir təzyiq vasitəsi kimi elə bir xalqa qarşı istifadə edirlər ki, müdaxilələr qarsısında baş əymək yerinə, istiqlaliyyəti seçibdir. Bir daha insan haqlarından sui-istifadə edirlər ki, uzaq keçmişlərdən bəri və ənənəvi şəkildə müstəmləkəçiliyi, quldarlığı, irqçiliyi və aparteidi dəstəkləyən kəslərin maraqlarını təmin etmiş olsunlar.
O, vurğulayıb: Doğrudan da siyasi mülahizələrdən başqa bu qətnamənin heç bir digər etibarolunası təməli və əsası yoxdur. Kiçik bir ölkələr qrupu insan haqlarının siyasiləşdirilməsini insan haqlarının qorunması üzrə bir hərəkət bilir.
İran nümayəndəsi insan haqlarının yayılmasına və ona hörmətə təkid edib və belə deyib: Ötən qırx il boyu dəfələrlə İran xalqı seçki məntəqələrində olaraq, ölkənin həm daxili, həm də xarici məsələlər sahəsindəki gələcək yolunu təyin edibdir.