Dek 21, 2016 15:48 Asia/Baku
  • İran və Rusiya Türkiyənin anti-Hizbullah mövqeyilə müxalifət ediblər
    İran və Rusiya Türkiyənin anti-Hizbullah mövqeyilə müxalifət ediblər

Hizbullah məsələsi İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin Moskva üçtərəfli iclasında ciddi surətdə nəzərdən keçirilib.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu iclasda Hizbullaha dəstəyin verilməsinin dayandırılmasını istəyib və onu Suriyada davamlı atəşkəsə zəmanət üçün zəruri adlandırıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Məhəmməd Cavad Zərif bu barədə Çavuşoğlu ilə müştərək baxışa malik olmayıblar.

İranın xarici işlər naziri deyib: Suriya böhranının həlli barədə olan Moskva bəyannaməsi İŞİD, Cibhətunnusrə və onlarla bağlı olan qruplardan danışır.

Zərif bu haqda söyləyib: Aydındır ki, biz BMT Təhlükəsizlik Şurası tərəfindən terror qrupu kimi tanınmış qruplar barədə danışırıq və onlar İŞİD və Cibhətunnusrə və Əlqaidə-nin tabeliyində olan qruplardır Təhlükəsizlik Şurasının qətnamələri tamamilə aydındır. Bəli, bizim dostlarımızın nəzərləri var. Nəzərləri möhtərəmdir, lakin nəzərləri digərləri tərəfindən qəbuledilməzdir.

Lavrov da öz növbəsində vurğulayıb: Hamı bu baxışa çatıbdır ki, Suriyada əsas prioritet quruluşun dəyişilməsi deyil, bu ölkədəki terror hədələri ilə mübarizə tapşırığıdır. Bu baxış Rusiya, İran və Türkiyəni müttəfiq edir.

Teqlər