Mirsad və Ya Zəhra 3 raket sistemləri uğurla sınaqdan keçirilib
https://azeri.sahartv.ir/news/İran-i253355-mirsad_və_ya_zəhra_3_raket_sistemləri_uğurla_sınaqdan_keçirilib
Vilayət 7 Səma Müdafiəçiləri hərbi təlimlərinin 2-ci günündə "Mirsad" və "Ya Zəhra 3" raket sistemləri uğurla sınaqdan keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2016 17:27 Asia/Baku
  • Mirsad və Ya Zəhra 3 raket sistemləri uğurla sınaqdan keçirilib
    Mirsad və Ya Zəhra 3 raket sistemləri uğurla sınaqdan keçirilib

Vilayət 7 Səma Müdafiəçiləri hərbi təlimlərinin 2-ci günündə "Mirsad" və "Ya Zəhra 3" raket sistemləri uğurla sınaqdan keçirilib.

Vilayət 7 Səma Müdafiəçiləri hərbi təlimlərinin sözçüsü mayor Abbas Fərəc Purələmdari çərşənbə axşamı günü deyib: Bu hərbi təlimlərin ikinci etapında öncədən təyin olunan proqramların icrası çərçivəsində, İranın cənub bölgələrində həssas məkan və obyektlərə uçan aparatların hücumu zərərsizləşdirilib və iran ordusunun Xatəmul-Ənbiya (s.ə.s) Havadan Müdafiə Qərargahı tərəfindən və az yüksəklik üzrə raket sistemləri ilə həmin aparatlar məhv edilib.

Mayor Fərəc Purələmdari əlavə edib: "Mirsad" və "Ya Zəhra 3" yerli raket sistemləri izləmə və kəşf əməliyyatını həyata keçirərək fərz olunan düşmənin təyyarələrini atəşə tutublar.

Vilayət 7 Səma Müdafiəçiləri hərbi təlimlərinin sözçüsü bildirib: Müşahidə radiusunun artırılması, hədəfin məhv edilməsində yüksək diqqət, yeni elektronika və sistem dəyişiklikləri ilə Mirsad və Ya Zəhra 3 raket sistemləri Vilayət 7 Səma Müdafiəçiləri hərbi təlimlərində İran silahlı qüvvələrinin mütəxəssisləri tərəfindən qiymətləndirilib.

İran İslam Respublikası ordusu və İslam İnqilabı Keşikçilər Korpusunun müştərək hərbi təlimləri Vilayət 7 Səma Müdafiəçiləri adı ilə bazar ertəsi günü İranın cənub və cənub-qərb bölgələrində başlayıb. Bu hərbi təlimlər 5 gün davam edəcək.