Dek 29, 2016 12:42 Asia/Baku
  • İranın Türkmənistanın təhdidinə reaksiyası
    İranın Türkmənistanın təhdidinə reaksiyası

İran Milli Qaz Şirkətinin sərəncamçı müdiri Türkmənistanın İran qazını kəsmək üzrə təhdidinə reaksiyada vurğulayıb: Türkmənistan tərəfindən qazın kəsiləcəyi halda, İran bu ölkə ilə iş əlaqələrini yenidən nəzərdən keçirəcəkdir.

Həmidrza İraqi eyni zamanda məsələnin həlli üçün Türkmənistan rəsmiləri ilə müzakirələrin getməsindən xəbər verib və ümidvarlıq edibdir ki, Aşqabad iki ölkə arasındakı memorandumlar və müqavilələrin tam şəkildə icrasına sadiq qalacaq.

Türkmənistan iddia edir ki, İran bu ölkədən idxal etdiyi qazın qiymətinin artması üzrə fərqin əvəzində həmin ölkəyə 2 milyard dollar ödəməlidir. Belə bir halda, İranın neft nazirinin qaz məsələləri üzrə müavini deyib ki, İran ötən üç il ərzində Türkmənistana olan bütün borclarını ödəyibdir.

İran dünyada ən böyük qaz ehtiyatlarına malik olan ölkələrdən biridir.

Bununla belə, İranda qaz hasilatının başlıca hissəsinin cənubda və bir hissəsinin də mərkəzi məntəqələrdə olmasına görə, qış fəslində və yanacaq istehlakının yüksəlməsinə əsasən, bu ölkənin şimal vilayətlərinə daha az qaz çatır. Bu səbəbdən, qış fəslində öz şimal vilayətlərinin qazını təmin etmək üçün Türkmənistandan qaz idxal edir.

Teqlər