Mərhum Səlim Müəzzinzadənin büstünün təqdimatı keçirilib
Mərhum Səlim Müəzzinzadənin vəfatının 40-cı günü ilə yanaşı keçirilən anım mərasimində islam dünyasının tanınmış məddahının məqbərəsi və büstü ictimaiyyətə təqdim olunub.
Vəliyyi Fəqihin Ərdəbildəki nümayəndəsi və imam cüməsi, rəsmilər, Ərdəbil məddahları və sakinlərinin iştirakı ilə keçirilən bu mərasimdə Ərdəbilin Behişt-Zəhrasının Fəxrlər Xiyabanında Mərhum Ustad Müəzzinzadənin məqbərəsi və büstünün açılışı olub.
Höccətülislam Seyid Əli Musəvi Həştrudi Zakirlər Sultanı Səlim Müəzzinzadə Ərdəbilinin 40 mərasimində deyib: 60 il ömründə Əhli-Beytə (ə) sevgi və məhəbbəti ilə bağlı ondan 2500-dən çox əsər yadigar qalıb. Onların hər biri fəxrli və Əhli-Beyt maarifi üçün mənbədir.
Ərdəbilin İslam Şurası Məclisindəki nümayəndəsi Südeyf Bədri bu mərasimdə Səhərin müxbirinə deyib: Ustad Müəzzinzadənin adı və xatirəsi Əhli-Beyt (ə) aşiqlərinin qəlbində əbədi qalacaq və onun əbədi səsi əbədi olaraq məclislərimizə zinət bəxş edəcəkdir.
Şair və yazıçı professor Şahin Fazil Səlim Müəzzinzadənin 40 mərasimində şer və mədhiyyə oxuyub.
Bu mərasimdə həmçinin Azərbaycan Dini Şerlər Cəmiyyətinin sədri deyib: Azərbaycan vətəndaşları illərlə mərhum Müəzzinzadə Ərdəbilinin səsi ilə ünsiyyət qurublar və onun yoxluğu şiə aləmi üçün böyük itkidir.
Rafiq Şirvanlı deyib: Ustad Müəzzinzadənin səsi ilahi səsdir və o islam dünyası və dünya türkdillilərinin fəxri idi. Hər bir dinləyicinin ruhu onun ruh bəxş edən səsini eşitməklə ilahi mərifət yoluna yönəlirdi.