İranın Türkmənistandan qaz idxalının əvəzi çıxılıb
İranın Milli Neft Şirkətinin sərəncamçı müdirinin müavini deyib ki, Türkmənistan qazının kəsilməsinin əvəzini çıxmaq üçün İranın mərkəzi məntəqələrində qaz hasilatı gündə 300 milyon kub metrədək artıb.
ŞANA xəbər agentliyinin məlumatına görə, Mohsen Paknejad neft şirkətinin idarə heyətinin İranın mərkəzi məntəqələri üzrə üzvlərinin vida və təqdimat iclasında bu xəbəri verərək, bu şirkətin Türkmənistandan qaz idxalının əvəzinin çıxılması sahəsindəki rolunu yüksək dəyərləndirib.
"Türkmən Qaz" şirkəti ötən bazar günü- 2017-ci il yanvarın birində gözlənilməz bir hərəkətdə və İranın Milli Qaz Şirkətinin Türkmənistana borcunun olması bəhanəsilə İrana göndərilən qazı kəsdi.
Türkmənistan 2009-cu ildə də qışın sərt şaxtalarında öz qazının qiymətini artırmaq üçün İrana qaz köçürülməsini kəsmişdi.
İranın Milli Qaz Şirkəti özünün "Türkmən Qaz" şirkəti ilə ixtilaflarının beynəxalq dairələrə göndərilməsi prosesini iş gündəminə salıbdır.