Təbriz neft-kimya məhsullarının eksportu 67% artıb
https://azeri.sahartv.ir/news/İran-i254533-təbriz_neft_kimya_məhsullarının_eksportu_67_artıb
Təbriz Neft-Kimya Şirkətinin sərəncamçı müdiri deyib ki, 2016-cı ilin yanvarında nüvə anlaşmasının icrasından sonra bu şirkətin ixracat miqdarı 67% artıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2017 12:53 Asia/Baku
  • Təbriz neft-kimya məhsullarının eksportu 67% artıb
    Təbriz neft-kimya məhsullarının eksportu 67% artıb

Təbriz Neft-Kimya Şirkətinin sərəncamçı müdiri deyib ki, 2016-cı ilin yanvarında nüvə anlaşmasının icrasından sonra bu şirkətin ixracat miqdarı 67% artıbdır.

IRNA-nın məlumatına görə, Təbriz Neft-Kimya Şirkətinin sərəncamçı müdiri Cavad Süleymani bu gün Qərb etilen xəttindən ayrılan boru kəmərinin Təbrizə çəkilməsinin başlanması mərasimində əlavə edib: Bu şirkətin məhsullarının 43 faizi Avropa ölkələrinə, 37 faizi Türkiyəyə, 12 faizi MDB ölkələrinə ixrac olunub.

Cavad Süleymani bildirib ki, Təbriz Neft-Kimya Şirkətinin ötənilki ümumi satışı 366 min ton olub. O, deyib ki, Təbriz Neft-Kimya Şirkəti ixracatı 200 min tona artırmaq üzrə proqramlaşdırma aparıbdır.

Hazırda Təbriz Neft-Kimya Şirkətinin ixracatı 119 min tondur.

Miyanduabdan Təbriz Neft-Kimya Şirkətinədək uzanacaq İranın qərbi üzrə etilen xəttindən ayrılan boru kəmərinin inşa əməliyyatı bu gün İranın neft naziri Bijən Namdar Zəngənənin iştirakı ilə başlanıb.