Yan 05, 2017 16:24 Asia/Baku
  • İnqilab Rəhbəri: Hərəm müdafiəsi şəhidləri bütün xalq üçün iftixar mənbəyidir
    İnqilab Rəhbəri: Hərəm müdafiəsi şəhidləri bütün xalq üçün iftixar mənbəyidir

İran İslam Respublikası Ordusundan olan Hərəm müdafiəsi üzrə yeddi şəhidin ailələri İslam İnqilabının Böyük Rəhbəri ilə görüşüblər.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei İran İslam Respublikası Ordusundan olan Hərəm müdafiəsi üzrə yeddi şəhidin ailələri ilə görüşdə şəhdilərin yüksək dərəcəsinə işarə edərək, deyiblər ki, bu şəhidlər nəinki ordu üçün, həm də xalq üçün iftixar mənbəyidirlər.

İslam İnqilabının Böyük Rəhbəri söyləyiblər: Bu şəhidlərin bəzilərinin möhtərəm həyat yoldaşları öz yoldaşlarının cənazərlərinin dəfn mərasimində elə mətləblər deyiblər ki, biz maddi insanların dərk səviyyəsindən yuxarıdır.

O həzrət bildiriblər ki, məhz hərəm şəhidləri düşməni dizə çökdürdülər. O, həzrət əlavə edib: Əgər Amerika və sionizmin düşmənçiliklərinin əsası olan bədxahlar və fitnəkarların qarşısı Həzrət Zeynəb(s.ə)-ın hərəmində alınmasaydı, Tehranda, Farsda, Xorasanda və İsfahanda onların qarşısını almalı idik.

Hərəm şəhidləri Suriyada Həzrət Zeynəb(s.ə)-nın hərəminin qorunması yolunda şəhid olublar.

Teqlər