İİR nazirlər kabinetinin Ayətullah Haşimi Rəfsəncaninin vəfatı münasibəti ilə bəyanatı
İran İslam Respublikası dövlətinin nazirlər kabineti quruluşun məsləhət şurasının sədri Ayətullah Haşimi Rəfsəncaninin vəfatının ardınca bəyanat yayıb.
İRİB-in verdiyi məlumata istinadən, İİR hökumətinin nazirlər kabinetinin Ayətullah Haşimi Rəfsəncaninin vəfatı münasibəti ilə bəyanatının tam mətni təqdim olunur:
بسم الله الرحمن الرحیم
انا لله و انا الیه راجعون
Özünün bərəkətli ömrünü islam inqilabının formalaşmasına, İslam Respublikasının qurulmasına, ölkənin idarəçiliyi və müqəddəs müdafiədə həssas vəzifələrə həsr etmiş mücahid alim,yorulmaz inqilabçı, həzrət İmam rizvanullah taala ələyhin qədim yoldaşı, məbudun görüşünə getdi.
O təcrübəli dostun adı, xatirəsi və təlimatı həmişə İran və islam inqilabının başı üstündə parlayacaq və islam inqilabının amallarına sadiq qalanlar üçün nümunə olacaq.
İran İslam Respublikası hökumətinin nazirlər kabineti bu böyük itkini Həzrət Bəqiyyətüllahel-Əzəmə(Ərvahona fedahu) islam inqilabının böyük rəhbəri Həzrət Ayətullah Xameneiyə(moddə zellehul-ali) böyük alim və təqlid mərcələrinə, mərhumun əziz ailəsinə və İranın şərəfli xalqına başsağlığı verir, İmamın və rəhbərin bu qədim yoldaşının şəxsiyyətini qiymətləndirmək üçün 3 gün müddətinə ümum ölkə matəm elan edir, çərşənbə axşamı günü 1395-ci il dey ayının 21-ni qeyri-iş günü elan edirik, İranın qədrşünas xalqını mərhumun cənazəsinin dəfn mərasimində təntənəli və tarixi iştiraka çağırırıq.