Yan 09, 2017 17:40 Asia/Baku
  • Ayətullah Haşimi Rəfsəncani
    Ayətullah Haşimi Rəfsəncani

İran islam inqilabının keşikçiləri korpusu(Sepah) bir bəyanat yayaraq bildirib: İslam inqilabının qələbəsindən və iftixarlı müqəddəs müdafiə dövründə Ayətullah Haşimi Rəfsəncaninin həssas vəzifələrdəki fəaliyyəti onu islam inqilabı və İslam Respublikasının dostları və düşmənlərinin diqqət mərkəzinə çevirmişdi.

SepahNews-un verdiyi məlumata görə, İran islam inqilabının keşikçiləri korpusu(Sepah) bu gün bir bəyanat yayaraq Məsləhət Şurasının sədri və İmam Xomeyni(r.ə) və islam inqilabının böyük rəhbərinin qədim dostu və islam inqilabı hərəkatının öncülü olan Ayətullah Haşimi Rəfsəncaninin dünyasını təyişməsini baş sağlığı verib. 

İran islam inqilabının keşikçiləri korpusunun bəyanatında deyilir: Ayətullah Haşimi Rəfsəncaninin islami hərəkatın qələbəsində, xüsusiylə Pəhləvi rejimi ilə mübarizədəki  yorulmaz səyləri, onun həbslərə, işgəncələrə qarşı dözümlülüyü və nadir müqavimətləri həmişəlik olaraq yaddaşlarda yaşayacaq. 

Müraciətdə deyilir: Şübhəsiz Ayətullah Haşimi Rəfsəncaninin adı və bu qoca mübarizin İran və İslami quruluşa etdiyi xidmətlərin cilvələri onu sevən və inqilaba qayğıkeş ilanların yaddaşında yaşayacaqdır. 

İİR məsləhət şurasının sədri və islam inqilabının öncüllərindən olan Ayətullah Əkbər Haşimi Rəfsəncani bazar günü axşam 82 yaşında infarkt keçirərək Tehranda dünyasını dəyişdi. 

Teqlər