Ayətullah Haşimi Rəfsəncani Fələstin müqavimətini himayə sahəsində xüsusi rola malik olub
Fələstin İslami Müqavimət Hərəkatının(Həmas) beynəlxalq əlaqələr üzrə rəsmisi deyib: Ayətullah Haşimi Rəfsəncani Fələstin övladlarının müqavimətinə dəstək verilməsində qabarıq rola malik olmuşdur.
Osama Həmdan bu gün Fələstin informasiya mərkəzinə verdiyi müsahibədə , Ayətullah Haşimi Rəfsəncaninin vəfatını islam inqilabının böyük rəhbəri və İran xalqına baş sağlığı verərək deyib: İran İslam Respublikası özünün Zülmə, sionist rejimə tabe olan şahlıq rejiminin diktaturasına qarşı inqilabının ən adlım simalarından birini itirdi.
Həmdan deyib: Fələstin xalqı da öz müqavimətinin ən böyük himayədarlarından birini itirmiş oldu, ona görə ki, Ayətullah Haşimi Rəfsəncani Fələstin övladlarının müqavimətini himayə sahəsində böyük rola malik idi.
İİR məsləhət şurasının sədri və islam inqilabının öncüllərindən olan Ayətullah Əkbər Haşimi Rəfsəncani bazar günü axşam 82 yaşında infarkt keçirərək Tehranda dünyasını dəyişdi.