Ayətullah Haşimi Rəfsəncaninin dəfn mərasimi başlanıb
İranın məsləhət şurasının mərhum sədri Ayətullah Haşimi Rəfsəncaninin cənazəsinin dəfn mərasimi Tehran universitetində başlanıb.
İRİB-in verdiyi məlumata görə, Ayətullah Haşimi Rəfsəncaninin cənazəsinə meyit namazını islam inqilabının böyük rəhbəri Ayətullahül-üzma Xamenei qılacaq.
Ayətullah Haşimi Rəfsəncaninin cənazəsi Tehran üniversitetində müşayiət olunduqdan sonra İmam Xomeyninin(r.ə) pak məqbərəsində torpağa veriləcək.
Mərasimdə hakimiyyətin üçlük güclərinin rəhbərləri, məsləhət şurasının üzvləri, Xobreqan Məclisinin və islami şura məclisinin nümayəndələri, hərbi və polis komandanları , İranın müxtəlif şəhərlərinin imam cümələri, Prezidentin müavinləri və nazirlər, icra başçıları və sayir siyasi və hərbi vəzifəli adamlar iştirak edirlər.
Mərasimə həm də bəzi xarici ölkələrin Tehrandakı səfirləri və İran İslam Respublikasının bəzi digər ölkələrdəki səfirləri eləcədə xarici qonaqlar da qatılıblar.
İslami İranın qədrşünas xalqı İmam Xomeyni(r.ə) və İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin qədim yoldaşı və islami hərəkatın öncül mübarizi olan Ayətullah Haşimi Rəfsəncani ilə vidalaşmaq üçün Tehran üniversitetinə toplaşıb.
Ayətullah Haşimi Rəfsəncani bazar günü axşam ürək infarktı keçirərək Tehranda xəstəxanada dünyasını dəyişdi.