İraqçı və Rəvançi Vyanaya daxil olublar
Yekun Müştərək Təşəbbüs Proqramının icrası barədə İran və 5+1 qurpunun 6-cı müştərək komisiyasında iştiak etmək üçün İranın xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi Avstriyanın paytaxtı Vyanaya daxil olublar.
İRNA-nın verdiyi məlumata görə, İran və 5+1 qrupunun nümayəndələri arasında Yekun Müştərək Təşəbbüs Proqramının icrası barədə müzakirələr bu gün günortadan sonra Vyanada başlanacaq.
Vyanada keçirilən bu günkü iclas İranın XİN başçısı Məhəmməd Cavad Zərifin çağırışı ilə Amerikanın öz öhdəliklərini pozması və İrana qarşı sanksiyalar qanununu qəbul etməsini araşdırmaq üçün keçirilir.
Dünən İran və 5+1 qrupunun işçi heyətlərinin iştirakı ilə Vyanada İrana qarşı sanksiyaların ləğv edilməsi üçün icraçı iş qrupunun iclası keçirilib.
İranın işçi qrupu dünən bu iclasdan öncə Çin, Rusiya və Amerika heyətləri ilə ayrı-ayrılıqda görüşlər həyata keçiriblər.
İİR xarici işlər nazirinin müavini Seyid Abbas İraqçının dediyinə görə, İran İslam Respublikası Yekun Meştərək Təşəbbüs Proqramı çərçivəsində öhdəliklərin yerinə yetirilməməsinə dözməyəcək və uyğun reaksiya göstərəcək.
İraqçı həmçinin deyib: ABŞ konqresi tərəfindən İrana qarçı sanksiya qanununun müddətinin uzadılması Yekun Meştərək Təşəbbüs Proqramına ziddir və İİR-in birmənalı müraciəti müştərək komisiyanın üzvlərinə və 5+1 qrupunun digər üzvlərinin diqqətinə çatdırılmalıdır.