Əmmar Həkim: Ayətullah Rəfsəncaninin dünyasını dəyişməsi islam dünyası üçün itkidir
İraq İslam İnqilabının Ali Məclisinin sədri İranın məsləhət şurasının mərhum sədri Ayətullah Haşimi Rəfsəncaninin dünyasını dəyişməsinin İran xalqı və islam dünyası üçün itki olduğunu deyib.
İRNA-nın verdiyi məlumata görə, Ayətullah Haşimi Rəfsəncaninin dəfn mərasimində iştirak etmək üçün iraqlı rəsmilərdən ibarət bir heyətə başçılıq edərək Tehranda səfərdə olan Seyid Əmmar Həkim bu gün İran İslam Respublikasının banisi İmam Xomeyninin(r.ə) pak məqbərəsində deyib: Bu mərasimdə İranın xalq kütlələrinin geniş iştirakı Ayətullah Haşimi Rəfsəncaninin xüsusi mövqeyi və onun siyasi rəhbərliyə olan möhkəm sədaqətinin göstəricisidir.
İraqın milli koalisiyasının sədri Ayətullah Haşimi Rəfsəncaninin müxtəlif dövrlərdə İslam inqilabının qələbəsindən öncə və sonra böyük və təsiredici rola malik olduğunu vurğulayaraq deyib: Ayətullah Haşimi Rəfsəncani İmam Xomeyninin(r.ə) həyatı dövründə o həzrətin bayrağı altında islam inqilabının qələbə çalmasında böyük rola malik idi.
Seyid Əmmar Həkim deyib: İmam Xomeyninin(r.ə) dünyasını dəyişməsindən sonra da Ayətullah Haşimi Rəfsəncani islam inqilabının böyük rəhbərinin bayrağı altında İslam Respubliksının məqsədlərinin reallaşması uğrunda səmərəli rolunu davam etdirdi.