Yan 13, 2017 17:58 Asia/Baku
  • İran İslam Respublikası prezidenti İmam Xomeyninin (rə) pak məqbərəsində
    İran İslam Respublikası prezidenti İmam Xomeyninin (rə) pak məqbərəsində

İran İslam Respublikası prezidenti Həzrət İmam Xomeyninin (rə) pak məqbərəsində fatihə oxuyaraq və əklillər qoyaraq, Ayətullah Haşimi Rəfsəncaninin xatirəsini yad edib və Allah-taaladan ilahi rəhmət və bağışlanmaq diləyib.

İran prezidenti Həsən Ruhani cümə günü İran İslam Respubliaksının banisi və Ayətullah Haşimi Rəfsəncaninin məqbərələrini ziyarət etdikdən sonra, jurnalistlərə verdiyi müsahibədə, islam quruluşu yolunda cihad və fədakarlıq, xüsusilə müxtəlif məsələlərdə məntiq və mötədilliyi Ayətullah Haşimi Rəfsəncaninin bariz xüsusiyyətlərindən adlandırıb və bildirib: İran xalqı bu böyük şəxsiyyətin həmin yolunu seçir.

Məsləhət Şurasının mərhum sədrinin dəfn mərasimini bütün cinahlar və qrupların vəhdətini əks etdirdiyini bildirən Ruhani İran xalqının da mövqeyi düzgün qiymətləndirdiyini bəyan edib və deyib: O gün hamı səhnədə iştirak edərək islam quruluşunun birliyini bütün dünyaya əks etdirdi.

İran prezidenti İmam Xomeyninin (rə) və İslam İnqilabının Böyük Rəhbərinin yaxın dostlarından Ayətullah Haşimi Rəfsəncaninin vəfat etməsini İran xalqı üçün itki adlandırıb və əlavə edib: O inqilabın və islam hərəkatının bütün çətin günlərində vətəndaşların sığınacağı idi və vətəndaşlar da bu mərhumun dəfn mərasimində iştirak etməklə inqilab və İran İslam Respublikası quruluşunun xidmətçilərinə vəfalı olduğunu yaxşı şəkildə əks etdirdilər.

Ruhani bildirib: İran xalqı son günə qədər öz rəsmilərinin yanındadır və vəfat və yaxud şəhadətdən sonra da xalq və rəsmilər arasında həmişəlik əlaqə və etimadı əks etdirirlər.

Məsləhət Şurasının sədri və İslam İnqilabının öncüllərindən Ayətullah Haşimi Rəfsəncani bazar günü axşam ürək infarktı nəticəsində fani dünya ilə vidalaşdı.

Teqlər