Yan 23, 2017 16:31 Asia/Baku
  • İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi
    İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi Səhər Beynəlxalq Televiziyasına verdiyi eksklüziv müsahibədə nüvə anlaşmasından sonrakı önəmli nailiyyətlər və addımları açıqlayıb.

"Nüvə anlaşmasının qəbul edilməsi ilə İranın nüvə sənayesi prosesində xələl yaranıbmı?" sualını cavablandıran Əli Əkbər Salehi deyib: Xoşbəxtlikdən, bu sahədə ləngimə və yaxud xələl müşahidə olunmur, üstəlik bəzi məsələlərdə, o cümlədən təbii uranın ehtiyata yığımasında irəliləyişlər də olmuşdur.

İranın Atom Enerjisi Təşkilatının sədri İslam İnqilabının əvvəlindən Əhatəli Müştərək Təşəbbüs Proqramına qədər hətta bir qram təbii uranın ölkəyə idxal olunmadığını bəyan edərək bildirib: İndiyə qədər 220 ton təbii uran ölkəyə idxal olunub və 130 ton da daxil olmaqdadır. Ümumilikdə 350 ton ehtiyatımız vardır və bu ölkə üçün önəmli nailiyyətdir.

Zənginləşdirmə və ağır suyun istehsal edildiyini deyən Salehi Ərak Ağır Su Reaktorunun modernləşdirilməsinə toxunub: O reaktor köhnə dizaynla üç il sonra istifadəyə verilməli idi. Nüvə anlaşmasına əsasən, onun çevrilməsi və modernləşdirilməsi ilə istifadəyə verilmə zamanına iki il əlavə olunub. Yeni reaktorun potensiallarını, o cümlədən kobalt 60-ın istehsalını nəzərə aldıqda, İran üçün çox dəyərli nailiyyət hesab olunur.

Salehi həmçinin kəşf və çıxarma prosesinin irəlilədiyini bildirib və deyib: Ümidvarıq ki, 1396-cı günəş ilində İranın təbii uran istehsalı ötən illərlə müqayisədə bir neçə qat artacaq. Bunun özü nüvə sənayesinin özəyi yolaraq ilkin xammalın istehsalında böyük addımdır.

İranın Atom Enerjisi Təşkilatının sədri əlavə edib: Buşehr Atom Elektrik Stansiyasının kənarında 10 milyard dollar dəyərində iki atom elektrik stansiyasının tikilməsi ilə əlaqədar Rusiya ilə müqavilə imzalanıb. İnşa və istifadəyə verilməsi mərhələrində minlərlə nəfər, o cümlədən mütəxəssislər və ekspertlər üçün iş yerinin yaranmasına səbəb olacaq.

Əhatəli Müştərək Təşəbbüs Proqramının nüvə sənayesindəki digər nailiyyətini dünya ölkələrinin İranın sənaye layihələrində iştirakını müsbət qarşılaması adlandırıb və deyib: Hazırda Çexiya Respublikası ilə proyektin inşası müqaviləsinin imzalanması ilə işə başlanıb. Slovakiya, Macarıstan və Polşa ilə də yaxşı müzakirələr aparılmışdır və tezliklə müqavilələr imzalanacaqdır. Rusiya ilə də iki yeni stansiyanın müqaviləsi imzalandıqdan sonra, möhkəm izotopolar, möhkəm və araşdırma reaktorunun inşası istiqamətində yaxşı anlaşma əldə etmişik.

Salehi əlavə edib: Avropa Birliyinə üzv ölkələr İranı Avro Atom klubuna üzv olaraq qəbul ediblər. Bu klubda üzvlüklə Avropanın nüvə sənayesi kompleksləri ilə tanış olacağıq. Bundan əlavə, ərimə ilə əlaqədar olan İngiltərənin Cet layihəsi ilə tanışlığa zəmin yarandı. Həmçinin Avropa Birliyi və 9 ölkənin üzvlüyü ilə önəmli beynəlxalq proyekt olan və nüvə əritməsi sahəsində fəaliyyət göstərən Fransada İtr proyekti ilə tanışlıqla tezliklə ona üzv olacağıq.

Dünyada sülhməramlı nüvə sənayesinə malik ölkələrin araşdırma və təhqiqat məsələlərinə İranın ciddi şəkildə daxil olmasını nüvə anlaşmasının digər nailiyyəti adlandırıb və deyib: Araşdırma işləri öncədən başlanıb. Hazırda dizayn mərhələlərinə daxil olmuşuq. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin koordinasiyası ilə ticarət və qeyri-ticarət gəmiləri üçün motorlar barədə müraciət etmişik ki, xüsusi qaydalara şamil olan bütün məsələlər həyata keçirilsin. Onun inşası və istifadəyə verilməsi mərhələlərinin zaman tələb etdiyini nəzərə alaraq, gələn bir neçə il ərzində, inşallah bu önəmli nailiyyəti əldə edəcəyik.

İranın Atom Enerjisi Təşkilatının sədri həmçinin nüvə anlaşmasının qəbul edilməsi ilə İranın nüvə enerjisi prosesində məhdudiyyətlərin yaradılması haqda bəzi iradlara münasibət bildirib: 5+1 qrupu ölkələrinin fikrincə qeyri-sülh məqsədləri daşıyan Plutoniumun istehsal edilməməsi bu iddia olunan məhdudiyyətlərdən biridir. Biz vəd vermişik ki, gələn 15 il ərzində plutonium metalı istehsal etməyək və bu məsələ nə indi, nə də uzunmüddətli perspektivdə izləmək istədiyimiz məsələ deyildir. İkinci məsələ budur ki, qeyri-sülh məqsədlər istiqamətində uranı istehsal etməyək. Bizim İslam İnqilabının Böyük Rəhbərinin buyruqlarına əsasən, bu məqsədimiz yoxdur və uranın istehsalı öncədən olmuş və hazırda da davam edir.

O əlavə edib: Bizim nüvə anlaşmasından öncəyə qədər 20 min sentrifuqamız vardı. Onun 9 min 400-ü zənginləşdirməni həyata keçirir və hazırda 6 in sentrifuqamız vardır ki, 5 min 60-ı zənginləşdirmə işini görür. Qarşı tərəfimizin Nüvə Anlaşmasında nəzərdə tutulan öhdəliyini yerinə yetirmədiyi halda, uzaq perspektivdə İslam İnqilabının Böyük Rəhbərinin buyurduğu şəkildə, bir il yarım ərzində öz nüvə potensialımızı 100 min su vahidinə çatdıra bilərik.

Salehi sonda yaxın gələcəkdə müxtəlif ölkələrlə nüvə xəstəxanasının inşası müqaviləsinin  imzalanması ilə bağlı ilkin işlərə toxunub və deyib: 20 fərvərdində Milli Nüvə Texnologiyası Günündə vətəndaşlara yaxşı xəbərlərimiz olacaqdır.

Teqlər