Yan 26, 2017 09:40 Asia/Baku
  • ISESCO-nun muavini Məşhəd şəhərinin üstün cəhətlərini vurğulayıb
    ISESCO-nun muavini Məşhəd şəhərinin üstün cəhətlərini vurğulayıb

ISESCO-nun muavini Əminə Əl-Həcəri deyib: Məşhəd Şəhərinə İslam dünyasının mədəniyyət paytaxtı kimi yüksək ball veririk.

İRNA-nın verdiyi məlumata görə, Əminə Əl-Həcəri deyib: Məşhədin təqdim etməyə və tərifləməyə ehtiyacı yoxdur, hər bir müsəlman bu şəhərin özünə məxsus və üstün cəhətlərini bilir.

Əl-Həcəri Məşhədin zəngin mədəniyyətə, tarixi potensiallara, əhalisinin səmimi davranışa və yerli idarəetmənin yüksək səviyyəyə malik olduğunu diqqətə çatdırıb. 

ISESCO-nun baş katibinin müavini deyib: "Məşhəd, islam dünyasının mədəniyyət paytaxtı" proqramlarının açılış mərasimi gözlənildiyindən daha keyfiyyətli keçirildi.

Əminə Əl-Həcəri deyib: Məşhəd şəhəri mənəvi əhval-ruhiyyəsi, sakinlərinin ünsiyyəti və ləyaqətinə görə tənqid ediləsi deyil. 

ISESCO-nun baş katibinin muavini müsəlman ölkələrdə mədəniyyət paytaxtlarının seçilməsində məqsədin mədəni zənginləşməyə və tarixi-mədəni potensialların inkişafına şərait yaratmaq olduğunu deyib.

"Məşhəd, 2017-ci il üçün islam dünyasının mədəniyyət paytaxtı" tədbirləri çərşənbə axşamı günü 51 ölkədən 250 siyasi və mədəni simanın eləcədə İran və Xorasan ostanının rəsmilərinin iştirakı ilə Məşhəd şəhərində İmam Rzanın(ə) pak məqbərəsinin Qüds zalında start verilib və çərşənbə günü sona çatıb. 

Teqlər