BMT-də İran ziyalıları köşkü
Yan 27, 2017 17:09 Asia/Baku
-
BMT-də İran ziyalıları köşkü
Vyanada BMT binasında dörd iranlı alim, Həkim Əbu Əli Sina, Əbu Reyhan Biruni, Həkim Xəyyam Nişapuri və Zəkəriyya Razinin heykəli İran diyarının elmi fəxrlərini dünyaya təqdim edir.
Hər gün BMT və Vyanadakı digər təşkilatların 6 mindən çox işçisi ziyalılar köşkünün kənarından keçir və ildə 50 mindən çox turist onunla yaxından tanış olur.
İranlı heykəltaraş Möhsün Gülüstaninin əli ilə düzəldilən ziyalılar köşkü 2009-cu ildə İran İslam Respublikası tərəfindən BMT-yə hədiyyə olunub.