Yan 29, 2017 15:52 Asia/Baku
  • Təqlid mərcələri Bəhreyn rejiminin cinayətləri barədə xəbərdarlıq ediblər
    Təqlid mərcələri Bəhreyn rejiminin cinayətləri barədə xəbərdarlıq ediblər

Qumda böyük təqlid mərcələri Ali-Xəlifə rejiminin bəhreynli şiə və alimlərə qarşı cinayətlərini pisləyiblər.

İRİB-in verdiyi məlumata görə, şiələrin təqlid mərcələrindən olan Ayətullah Hüseyn Nuri Həmədani xaric-fiqh tədris iclasını ləğv edərək  Bəhreyn dövlətinin xalqın dinc aksiyalarına və məşhur ruhani şeyx İsa Qasimə qarşı repressiyaları pisləyib.  Ayətullah Nuri Həmədani deyib: Ali-Xəlifə rejimi və Ali-Səud rejimi  sionistlər və ingilislərin dəstəyi ilə şiələr qaşısında durublar amma bilməlidirlər ki, bu tərzlə davam gətirə bilməzlər. 

Ayətullah Nuri Həmədani beynəlxal ictimaiyyəti Ali-Xəlifə rejiminin Bəhreyn xalqına qarşı cinayətləri müqabilində öz susqunluqlarına son qoymağa çağırıb. 

Digər təqlid mərcəi Ayətullah Nasir Məkarim Şirazi də xaric-fiqh tədris iclasının sonunda Ali-Xəlifəyə bəhreynli şiələr və alimlərə qarşı zalımcasına rəftarları barədə xəbərdarlıq edərək deyib: Bəhreyn rejimi İran şahı və Liviyadakı Məəmmər Qəzzafinin taleyindən nəticə çıxarmalı, belə bir günün onları da gözlədiyini başa düşməlidir. 

Qum dini elmlər mərkəzinin tələbələr və alimləri də bu gün öz dərslərini ləğv edərək Feyziyyə mədrəsəsinə toplaşıblar və Bəhreyn rejiminin qeyri-insani hərəkətlərini pisləyiblər. 

Teqlər