Fev 02, 2017 17:25 Asia/Baku
  • 14 bəhmən; İslam İnqilabı, İman, Cihad və Şəhadət Günü

İranın İslam İnqilabı siyasi strukturda dəyişiklikdən əlavə, cihad və şəhadət motivlərini İran ictimaiyyətində canlandırdı.

Bu gün cümə axşamı 14 bəhmən (2 fevral) İslam İnqilabının qələbəsinin Mübarək Fəcr Ongünlüyün üçüncü günü, İman, Cihad və Şəhadət Günü adlandırılmışdır.

İran İslam İnqilabı illərlə mübarizədən sonra 1979-cu ildə qələbə çaldı və İslam və İranın başıucalığı yolunda inqilabın qələbə çalmasından sonra təhlükəni hiss etmək və canfəşanlıq ruhiyyəsi İran xalqı üçün möhkəm arxa olmuşdur.

Cihad, Şəhadət və İman motivlərinin müsəlmanların tarixində kökü vardır. İran xalqı müasir dövrdə və illərlə Şahlıq rejimi ilə mübarizədən sonra müqavimət və məğlubedilməz ruhiyyəsi ilə bu motivlərə əməl etmişdir.

İran xalqı həmçinin böyük qüdrətlərin dəstəyinə malik və modern silahlarından faydalanan düşmən qarşısında 8 illik elan olunmamış müharibə dövründə müqavimətini göstərdi və illərin keçməsi ilə öz fədakarlıq mədəniyyətində israrlıdır.

İran regionda terrorizmlə mübarizədə həmişə ön cəbhədə olmuşdur və iranlılar və Əhli-Beyt (ə) aşiqləri son illərdə Suriyada və təkfirçi terror ünsürləri ilə savaşda şəhadət və fədakarlıq motivlərini cilvələndirdilər.

Teqlər