Fev 03, 2017 16:48 Asia/Baku
  • İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü
    İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İranda Güləş üzrə Dünya Çempionatında Amerikanın sərbəst güləş yığmasının iştirakına qarşı çıxdığını bildirib.

Bəhram Qasimi bu gün İRNA-ya deyib: Amerikanın yeni hökuməti tərəfindən həyata keçirilən yeni siyasətləri nəzərə alaraq İranın Xarici İşlər Nazirliyi Amerikanın güləş yığmasının İrana səfərinə qarşı çıxmalı olub. 

ABŞ prezidenti Donald Tramp ötən həftə İranda daxil 7 müsəlman ölkənin vətəndaşlarının Amerikaya girişinə 3 aylıq qadağa tətbiq edib.

Sərbəst Güləş üzrə Dünya Çempionatı fevralın 16-17-də İranın qərbində yerləşən Kirmanşah ostanında keçiriləcək. 

İranın Güləş Federasiyası da Ümumdünya Güləş Federasiyasına müraciət ünvanlayaraq Kirmanşahda baş tutacaq Dünya Çempionatında ABŞ-ı əvəz edəcək ölkənin elan edilməsini istəyib. 

 

Teqlər