Zərif: İran hədə-qorxuların təsiri altına düşməyəcək
https://azeri.sahartv.ir/news/İran-i258723-zərif_İran_hədə_qorxuların_təsiri_altına_düşməyəcək
İranın xarici işlər naziri Amerika rəsmilərinin son hədə-qorxularına münasibət bildirərkən Twitter səhifəsində yazıb: İran hədə-qorxuların təsiri altına düşməyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2017 14:19 Asia/Baku
  • İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif
    İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif

İranın xarici işlər naziri Amerika rəsmilərinin son hədə-qorxularına münasibət bildirərkən Twitter səhifəsində yazıb: İran hədə-qorxuların təsiri altına düşməyəcək.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif qərb ölkələri, xüsusilə Amerika rəsmilərinin İranın son raket sınağı barədəki iddialarına münasibət bildirərək yazıb: İranın təhlükəsizliyi xalqın dəstəyindən mənşə alır. 

Məhəmməd Cavad Zərif bildirib: İran heç vaxt müharibəni başlayan tərəf olmayacaq, amma özünümüdafiə üçün yerli imkanlarına arxalanacaq. 

İranın XİN başçısı bir neçə gün öncə də Tehranda Fransanın xarici işlər naziri ilə görüşündə demişdi ki, İran özünün müdafiə qabiliyyətini gücləndirmək üçün kimsədən izn almayacaq. 

Amerika prezidentinin milli təhlükəsizlik müşaviri iddia edib ki, İranın son raket sınağı BMT-nin Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin əleyhinədir və bundan sonra Amerika dövləti İranı diqqətdə saxlayacaq.