Fev 04, 2017 16:58 Asia/Baku
  • Sepah-ın hava-kosmos qüvvələrinin komandanı düşmənlərə xəbərdarlıq edib

Sepah-ın hava-kosmos qüvvələrinin komandanı xəbərdarlıq edib ki, düşmənlərin təhdidi təqdirində, İran raketləri onların başına yağacaqdır.

Sepah Nyus-un məlumatına görə, Sepah-ın hava-kosmos qüvvələrinin komandanı general-mayor Əmir Əli Hacızadə bu gün "Vilayət Həriminin Müdafiəçiləri" manevrinin əsas mərhələsinin keçirilməsinin kənarında bəzi amerikalı rəsmilər tərəfindən İran təhdidinin elan olunmasını cəfəngiyyat adlandırıb və belə deyib: İranın silahlı qüvvələrinin qüdrəti elədir ki, islami quruluşa qarşı xarici təhdid təsirsizdir.

Sepah-ın hava-kosmos qüvvələrinin komandanı əlavə edib: İran müdafiə qabiliyyətinin gücləndirilməsi və istehsal sahəsində hətta bir an belə tərəddüd etməyəcək.

General-mayor Hacızadə tamamilə yerli sistem və təchizatlardan istifadəni "Vilayət Həriminin Müdafiəçiləri" manevrinin qabarıq xüsusiyyətlərindən adlandırıb və deyib: Bu hava hücumundan müdaifə manevrində işlədilən bütün silah və sursatlar, o sıradan raket sistemləri, radar sistemləri, elektron müharibə və komandanlıq nəzarət mərkəzləri İranın alimləri və mütəxəssisləri tərəfindən düzəldilibdir.

Sepah-ın hava-kosmos qüvvələrinin hava hücumundan müdaifə manevrinin əsas etapı ilkin etapların uğurlu surətdə keçirilməsindən sonra bu gün Tehrandan şərqdə yerləşən Semnan ümumi məntəqəsində başlanıb.

İş təqviminə görə, İranın silahlı qüvvələrinin iş gündəmində müxtəlif manevrlərin keçirilməsi durur və bu cür manevrlərin mesajı, region ölkələri üçün sülh və dostluq, İran düşmənləri üçün isə bir xəbərdarlıqdır.

Teqlər