Fev 05, 2017 00:10 Asia/Baku
  • İranın ABŞ-a qarşı şikayət layihəsi Beynəlxalq Ədliyyə Məhkəməsində qeydiyyata alınıb

İranın ABŞ-a qarşı təfsilatlı şikayət layihəsinin Beynəlxalq Ədliyyə Məhkəməsində qeydə alınması ilə İran xalqının əmlakının Amerikadan geri alınması üçün növbəti önəmli addım atılmış olub.

Yazın sonlarında İranın Amerikaya qarşı Beynəlxalq Ədliyyə Məhkəməsinə təqdim etdiyi şikayət ərizəsinin ardınca İran İslam Respublikası Prezident Administrasiyasının beynəlxalq hüquq mərkəzi cari miladi ilinin birində bu şikayət ərizəsinin təfsilatlı layihəsini, müvafiq sənədlər və faktlarla yanaşı 4 cilddə Beynəlxalq Ədliyyə Məhkəməsində qeydiyyatdan keçirməyə nail olmuşdur. 

Bu layihədə İran dövləti ABŞ-dan İranın Mərkəzi Bankının 2 milyard dollarlıq vəsayitini zəbt etdiyinə görə rəsmən Beynəlxalq Ədliyyə Məhkəməsinə şikayət edib.

İran dövləti Amerikaya qarşı təfsilatlı layihəsində Beynəlxalq Ədliyyə Məhkəməsindən ABŞ-a qarşı hökm çıxarmasını, beynəlxalq öhdəliklərini yerinə yetirməsi və İrana vurduğu ziyanı ödəməyə məcbur etməsini istəyib. 

Beynəlxalq Ədliyyə Məhkəməsi qanuna uyğun olaraq, İranın layihəsini Amerikaya bildirir və məhkəmənin hakimləri arasında paylaşır. 

Beynəlxalq Ədliyyə Məhkəməsinin 2016-cı il 1 iyul qərarına görə, Amerika 2017-ci il sentyabrın birinədək özünün müdafiə layihəsini bu məhkəməyə təqdim etməlidir. 

İranın Amerikaya qarşı şikayəti barədə təfsilatlı layihəsi 1955-ci ildə imzalanmış "İran ilə Amerika arasında dostluq və iqtisadi və konsulluq əlaqələri" müahidəsinin pozulması çərçivəsində qeydiyyata alınıb. 

Teqlər